“İnter” ölkə çempionu ilə matça itkilərlə çıxacaq

“İnter” Premyer Liqanın 31-ci turunda qarşılaşacağı “Qarabağ”la oyuna hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, “Qəbələ” ilə oyunda sıradan çıxan komandanın əsas qapıçısı Kamran Ağayev artıq yüngül məşqlərə başlayıb.

Amma onun qarşıdakı oyunda iştirakı gözlənilmir. Eyni zamanda zədəli olan Nizami Hacıyev, Sezar Meza Kolli və İlkin Qırtımovun da “Qarabağ”a qarşı oynamayacağı dəqiqdir. “Qarabağ” – “İnter” matçı aprelin 22-də “Azərsun Arena”da keçiriləcək.

Həmin kateqoriyadan