“İnter”in sifariş vərəqəsində 20 futbolçu

Bakı “İnter”i Topaz Premyer Liqasının yeni mövsümü üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib. Allsport.az xəbər verir ki, bakılıların sifariş vərəqəsində 20 futbolçunun adı yer alıb.

Onlardan üçü qapıçı, yeddisi müdafiəçi, yeddisi yarımmüdafiəçi, üçü isə hücumçudur.

Qapıçılar: Səlahət Ağayev, Elşən Poladov, Georgi Lomaya;

Müdafiəçilər: İlkin Qırtımov, Zurab Xizanişvili, Denis Silva, Abbas Hüseynov, Xuan Fransisko, Laşa Kasradze, İvan Benites;

Yarımmüdafiəçilər: Mirhüseyn Seyidov, Stepan Polyak, Elnur Abdullayev, Nika Kvekveskiri, Fuad Bayramov, Mirsahib Abbasov, Nizami Hacıyev;

Hücumçular: Dieqo Martins, Yuri Fomenko, Rauf Əliyev.

Baş məşqçi: Zaur Svanadze.

Həmin kateqoriyadan