İrina Zaretska gənclərin qitə birinciliyində 1-cı, Asya Məlikova 2-ci oldu

Azərbaycan karateçiləri Bolqarıstan paytaxtında yeniyetmə və gənclərin Avropa birinciliyinın son günündə daha 2 medal qazanıblar. AMKF-in media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmovun Sofiyadan allsport.az saytına göndərdiyi məlumata görə, İrina Zaretska (21 yaşadək idmançılar, 61 kq) 1-ci, Asya Məlikova eyni yaş qrupunda (50 kq) 2-ci yer tutub. Onlardan əvvəl Murad Hacızadə (16-18 yaş gənclərdə +76 kq) və Ayla Rzazadə (14-16 yaşlı yeniyetmələr, 54 kq) bürünc medala yiyələnib.

Fidan Teymurova (16-18 yaşlı gənclər, 48kq), Həsən Əliyev (16-18 yaşlı gənclər, 55 kq) və Elcan Məmmədrzayev (21 yaşadək idmançılar, 60kq) 3-cü yer üçün həlledici görüşlərdə məğlub olublar.

Bu nəticə ilə Azərbaycan medal qazana bilən 34 ölkə arasında 13-cü yeri tutub. Bu rəsmi yarışın yaddaqalan məqamlarından biri də beynəlxlaq dərəcəli hakim Vüqar Kərimovun tatami menecerinin köməkçisi vəzifəsinə təyin edilməsi olub. Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası Texniki Komitəsinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə Avropa çempionatında iştirak edən heyət ayın 21-də Bakıya qayıdacaq.

Həmin kateqoriyadan