- Baxış sayı: 59
- 12 Noyabr 2026 19:03
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Karate üzrə millimiz 2020-ci il mövsümündə mübarizəyə başlayır. Allsport.az xəbər verir ki, qadın komandasının lideri İrina Zaretska (68 kq) 10-12 yanvar tarixlərində Çilidə karate1 seriya “A” turnirində iştirak edəcək.
Dünya və olimpiya reytinqinin birincisi olan Zaretskanı Cənubi Amerikada qadınların baş məşqçisi Denis Morozov müşayiət edəcək.
WKF-in bu nüfuzlu turnirinə 65 ölkədən 466 karateçi qatılacaq. Yraışın hər mərhələsi idmançılara olimpiya reytinq xalları qazandıracaq.