“İslam oyunları qələbə ilə başlamağımız əla motivasiya oldu”

Qadın voleybol millisi Konya-2021-də “B” qrupunun ilk oyununda Seneqala 3:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, komandamızın kapitanı Ayşən Abduləzimova sevincini belə bölüşüb: 

“İslamiadaya qələbə ilə başlamağımız bizim üçün əla motivasiya oldu. İki aydan çox idi ki, bu yarışa və Avro-2023-ün təsnifat mərhələsinə hazırlaşırdıq.

Yüksək səviyyədə keçən təlim-məşq toplanışlarından sonra qələbə şirindir. İnanıram ki, uğurlu çıxışımızı davam etdirəcəyik və İslam oyunlarından Vətənə qızıl medalla dönəcəyik”

Həmin kateqoriyadan