İslamı qəbul etməsi ilə bağlı xəbərləri yalanladı

İslamı qəbul etməsi ilə bağlı xəbərləri yalanladı

Braziliya futbolunun əfsanəvi siması Roberto Karlos son günlər sosial şəbəkələrdə yayılan İslamı qəbul etməsi ilə bağlı iddialara aydınlıq gətirib.

Allsport.az xəbər verir ki, “Real Madrid” sabiq müdafiəçisi İslama və müsəlmanlara böyük hörmət bəslədiyini, lakin özü müsəlman olmadığını bildirib.

Roberto Karlos həyat yoldaşının müsəlman olduğunu və onun dini ibadətlərinə hörmətlə yanaşdığını deyib:

“Həyat yoldaşımın namaz qıldığını görmək çox xoşdur, amma İslamı qəbul etdiyimlə bağlı şayiələr doğru deyil”.

Həmin kateqoriyadan