İspaniya onunla müqaviləni uzadır

İspaniya onunla müqaviləni uzadır

İspaniya futbol federasiyası milli komandanın baş məşqçisi Lüis de la Fuente ilə müqaviləni uzatmaq niyyətindədir.

Allsport.az xəbər verir ki, federasiya 64 yaşlı mütəxəssislə hazırkı müqaviləni 2030-cu ilədək artırmağı planlaşdırır. Tərəflər arasında danışıqların yaxın aylarda başlaması gözlənilir.

De la Fuente ilə mövcud müqavilənin müddəti 2028-ci il Avropa çempionatının ardından başa çatacaq.

İspaniyalı mütəxəssis 2022-ci ilin dekabrında Lüis Enrikeni əvəz edərək milli komandaya baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında İspaniya UEFA millətlər liqasının, AVRO-2024-ün və dünya çempionatının qalibi olub.

Həmin kateqoriyadan