- Baxış sayı: 30
- 03 Avqust 2026 20:44
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

“Sevilya”, “Real Madrid”in qapıçısı Fran Qonsalesi heyətinə qatıb.
Allsport.az xəbər verir ki, tərəflər arasında 2031-ci ilin iyun ayınadək nəzərdə tutulan müqavilə imzalanıb.
21 yaşlı qolkiper ötən mövsüm “Real”ın əsas komandasının heyətinə 14 dəfə daxil edilsə də, meydana çıxmayıb. O, əsasən “Kastilya”nın formasını geyinərək 28 oyunda iştirak edib.
Fran Qonsales İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da çıxış edib. O, 2024-cü ildə U-19 Avropa çempionu olub, 2025-ci ildə isə U-20 dünya çempionatında forma geyinib.