İspaniyalı müdafiəçi ilə uzunmüddətli müqavilə

İspaniyalı müdafiəçi ilə uzunmüddətli müqavilə

“Çelsi” “Rayo Valyekano”nun müdafiəçisi Pep Çavariyanı transfer edib.

Allsport.az xəbər verir ki, 28 yaşlı sol cinah müdafiəçisi “Çelsi” ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Daha əvvəl İngiltərə təmsilçisinin bu transfer üçün 19 milyon avro ödəyəcəyi, müqavilədə əlavə 2 milyon avroluq bonusların da nəzərdə tutulduğu bildirilmişdi.

Pep Çavariya ötən mövsüm “Rayo Valyekano”nun heyətində bütün turnirlərdə 44 oyunda meydana çıxıb. İspaniyalı futbolçu 1 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan