- Baxış sayı: 77
- 08 Sentyabr 2026 21:51
- Baxış sayı: 155
- Sentyabr 23, 2026
- 0

19 və 21 yaşadək qızlardan ibarət Azərbaycan milli komandalarının baş məşqçisi Patrisiya Qonzales vəzifəsindən gedib. Allsport.az saytının xəbərinə görə, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, ispaniyalı mütəxəssis öz istəyinə uyğun olaraq, qarşılıqlı razılıq əsasında tutduğu postdan ayrılıb. AFFA Patrisiya Qonzalesə gələcək fəaliyyətində uğurlar arzulayıb.