İsrafilovun anası danışdı: “Millidə oynamaq Eddi üçün şərəfdir”

Xəbər verdiyimiz kimi, AFFA ilə İspaniyanın “Qranada” klubunda çıxış edən əslən azərbaycanlı Eddi İsrafilov arasında futbolçunun yığmamızda oynaması ilə bağlı danışıqlar aparılırdı. Allsport.az xəbər verir ki, futbolçunun anası və meneceri bu gün Bakıda olub, AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.

Görüş başa çatdıqdan sonra assosiasiyanın inzibati binasında Eddi İsrafilovun anası İradə İsrafilova jurnalistlərin suallarını cavablandırıb.

“Bu məsələ uzanmışdı. Artıq onu həll etməyin vaxtı idi. Gəlişimizdən razıyıq. Danışıqlarımız müsbət yekunlaşdı. Mən azərbaycanlıyam. Uzun müddətdir ki, xaricdə yaşasam da, vətən məni çəkir. Millidə oynamaq həm mənim, həm də Eddi üçün şərəfdir. Növbəti toplanış zamanı onu gözləyin”.

Həmin kateqoriyadan