“İstək və aqressiya baxımından rəqibdən geri qalırdıq”

Dünya Kubokunun seçmə “A” qrupunda millimiz səfərdə Lüksemburqa 1:2 yenilib.  Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında baş məşqçimiz Canni de Byazi bunu deyib:

“İlk hissədə potensialımızdan aşağı səviyyədə çıxış etdik. Müdafiədən çıxmaqda çətinlik çəkirdik. Məşqlərdə bunun üzərində çox işləyirdik. Çox sadə 2 qol buraxdıq. İstək və aqressiya baxımından rəqibdən geri qalırdıq. Fasilədə 3 əvəzetmə etdik və bu da oyunumuza müsbət təsir göstərdi.

2-ci hissənin 12-ci dəqiqəsindən etibarən oyuna nəzarəti ələ aldıq. Qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Təəssüf ki, istifadə edə bilmədik. Belə oyunlarda ilk dəqiqələrdən istəkli olmalıyıq. 

Heyət seçiminə gəlincə, futbolçuların bəziləri ilə ayın 25-dən birlikdə məşq edirdik. Ölkə xaricində oynayanlar düşərgəyə gec qoşulmuşdular. Bizimlə birlikdə az məşq etdikləri üçün seçimi bu cür etmişdim”.

Həmin kateqoriyadan