İştirakçı sayı artırılır?

İştirakçı sayı artırılır?

FİFA dünya çempionatında iştirakçı komandaların sayının artırılması məsələsi üzərində işləməyə davam edir.

Allsport.az xəbər verir ki, qurum 2030-cu il mundialında komanda sayının 48-dən 64-ə yüksəldilməsi ilə bağlı qərarın qəbul olunması üçün müəyyən tarixlər müəyyənləşdirib.

Məlumata əsasən, FİFA müstəqil şirkət cəlb etməyi planlaşdırır. Həmin şirkət turnirin 64 komandanın iştirakı ilə keçirilməsinin mümkün nəticələrini qiymətləndirəcək.

Təşkilat potensial podratçılardan təklifləri avqustun 7-dək qəbul edəcək. İcraçının seçilməsi ilə bağlı qərarın isə avqustun 14-də veriləcəyi gözlənilir.

Daha sonra seçiləcək şirkət analitik hesabat hazırlayacaq. Hesabatın FİFA-ya sentyabrın 11-də təqdim olunacağı bildirilir. Bundan sonra qurum 64 milli komandanın iştirakı ilə dünya çempionatının keçirilməsi perspektivlərini qiymətləndirəcək.

Mundialın genişləndirilməsi ideyası FİFA prezidenti Canni İnfantinoya qarşı artan tənqidlər fonunda müzakirə edilir. İslahatın əleyhdarları hesab edir ki, turnirlərin genişləndirilməsi və özəl investorların prosesə cəlb olunması ən böyük futbol yarışlarının miqyasının və keçirilmə tezliyinin daha da artmasına səbəb ola bilər.

Həmin kateqoriyadan