İsveçrə qələbə ilə başladı

İsveçrə qələbə ilə başladı

Almaniyada futbol üzrə Avropa çempionatında İsveçrə millisi “A” qrupunun ilk turda Macarıstan yığmasına qalib gəlib. Allsport.az saytı xəbər verir ki, ilk hissədə “bankçılar” 2 dəfə fərqləniblər: Kvadvo Dua (12-ci dəq) və Mixel Ebişer (45-ci dəq).

İkinci 45 dəqiqədə macarlar Barnabaşa Varqanın (66) səyi ilə bir qolun əvəzini çıxıb. Ən sonda Bri Embolo 3-cü qolu (93) vuraraq, yekun hesabı müəyyənləşdirib – 3:1.

Həmin kateqoriyadan