İtaliya DÇ-2030-a ev sahibliyi etməkdən nə üçün imtina etdi?

Allsport.az xəbər verir ki, İtaliya futbol federasiyasının prezidenti Qabriele Qravina İtaliyanın 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün Səudiyyə Ərəbistanı və Misirlə birgə ərizə təqdim etməmək qərarına gəlməsinin səbəbini açıqlayıb:

“İdman aləmində əxlaqi məsələlər əsasdır. Biz həmişə gənclərə aşılamağa çalışdığımız dəyərlərdən danışır, onlara idmanın böyük dəyərlərinə imic və hörmətin nə qədər vacib olduğunu deyirik. Biz belə bir təklifi qətiyyətlə rədd etdik. Buna səbəb isə Giulio Regeni işi ilə bağlı beynəlxalq problem oldu”.

Giulio Regeni – 2016-cı ilin yanvarında Misirdə yoxa çıxan italyan sosioloqdur. Fevral ayında onun cəsədi işgəncə izləri ilə aşkar edilmişdir.

Həmin kateqoriyadan