- Baxış sayı: 125
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

İtaliyanın “Komo” klubu “Çelsi”nin və İngiltərə millisinin mərkəz müdafiəçisi Trevo Çalobanın keçidini rəsmiləşdirib.
Allsport.az xəbər verir ki, 27 yaşlı futbolçu “A” Seriyası təmsilçisi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan uzunmüddətli müqavilə bağlayıb.
“Komo”nun baş məşqçisi vaxtilə “Çelsi”, “Arsenal” və “Barselona”da çıxış etmiş, İspaniya yığmasının heyətində dünya və Avropa çempionu olmuş Sesk Fabreqasdır. 39 yaşlı mütəxəssisin başçılıq etdiyi komanda ötən mövsüm “A” Seriyasında 4-cü yeri tutaraq çempionlar liqasına vəsiqə qazanıb.
“Çelsi”nin yetirməsi olan Çaloba ötən mövsüm London təmsilçisinin heyətində bütün turnirlərdə 47 matçda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.