- Baxış sayı: 24
- 13 Sentyabr 2026 23:54
- Baxış sayı: 49
- Sentyabr 13, 2026
- 0

“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, Turin təmsilçisi “Bolonya”dan Con Lukumi ilə anlaşıb.
Müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
“Yuventus” kolumbiyalı üçün 20 milyon avro transfer haqqı ödəyəcək.
Lukumi 2022-ci ildən “Bolonya”da çıxış edirdi. 28 yaşlı müdafiəçi komandada 123 oyunda 1 qol vurub.