- Baxış sayı: 20
- 13 Sentyabr 2026 23:54
- Baxış sayı: 31
- Sentyabr 13, 2026
- 0

İngiltərənin “Aston Villa” klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, premyer liqa təmsilçisi “Atletiko”dan Matteo Rucerini transfer edib.
“Aston Villa” italiyalı futbolçu üçün İspaniya klubuna 25 milyon avro təzminat ödəyib. 24 yaşlı sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
İtaliya millisinin üzvü olan Matteo Ruceri 2025/26 mövsümündə “Atletiko”nun heyətində meydana çıxdığı 47 rəsmi matçda 7 məhsuldar ötürmə ilə yadda qalıb.