İtaliyada klubunu dəyişdi

İtaliyada klubunu dəyişdi

Müdafiəçi Xuan Jezus karyerasını “Venesiya”da davam etdirəcək.

Allsport.az xəbər verir ki, 35 yaşlı braziliyalı futbolçu yeni klubu ilə 2026/27 mövsümünün sonunadək müqavilə imzalayıb.

Müəyyən şərtlər yerinə yetiriləcəyi halda, sözləşmənin müddəti daha bir il uzadıla bilər.

Xuan Jezus iyul ayında “Napoli”dən ayrılaraq azad agent statusu alıb. Təcrübəli müdafiəçi İtaliyada “İnter” və “Roma”nın da formasını geyinib.

O, “A” seriyasında ümumilikdə 280 matç keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun aktivində çempionlar liqasında 24, Avropa liqasında 37, Braziliya millisinin heyətində isə 4 oyun var.

Həmin kateqoriyadan