- Baxış sayı: 92
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 530
- Oktyabr 21, 2026
- 0

İtaliyanın “Leççe” klubu “Torino”nun və Serbiya yığmasının yarımmüdafiəçisi İvan İliçi icarəyə götürüb.
Allsport.az xəbər verir ki, 25 yaşlı futbolçunun icarə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
“Leççe” serbiyalı oyunçunu satın almaq hüququna malikdir. 2023-cü ildən “Torino”da çıxış edən yarımmüdafiəçinin bu klubla müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir.
O, 2025/26 mövsümündə 8 matçda forma geyinib.
İliç əvvəllər İtaliyanın “Verona”, Niderlandın NAK və ölkəsinin “Zemun” komandalarında da çıxış edib.