Jurnalistlər arasında stolüstü tennis yarışında kimlər fərqləndi?

Bu gün “Şüa” idman sağlamlıq kompleksində 22 iyul – Milli Mətbuat Gününə həsr olunan stolüstü tennis yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirin açılışında ASTF-in vitse-prezidenti Fazil Məmmədov və mətbuat şurasının sədri Əflatun Amaşov çıxış ediblər.

Kişilərin gərgin rəqabətində Bəhruz Səmədov (brendsport.az), Rəşad Qəmərşahoğlu (“Sportsmen” jurnalı), Məhərrəm İbrahimov (Azərtac.az) və Ruslan Mikayıllı (Azerisport.az) müvafiq olaraq ilk 3 pilləni tutublar.

Qadın həmkarlarımız arasında Məxluqə Nəsirova 1-ci (brendsport.az), Gülzar İbrahimova 2-ci (“Sehirli dünya” uşaq jurnalı), Rəsmiyyə Vahidova (resmixeber.az) və Sevda Şəfiyeva 3-cü yerlərə çıxıblar.

Fərqlənənlər ASTF-in diplom və mükafatları ilə təltif olunublar.

 

 

Həmin kateqoriyadan