“Kəpəz” ilk qələbəsini AzAL üzərində qazandı

Bu gün Topaz Premyer Liqasında 4-cü tura start verilib. Allsport.az xəbər verir ki, ilk oyun günündə baş tutacaq 3 görüşdən biri artıq yekunlaşıb.

Turun açılış matçında “Kəpəz” doğma meydanda AzAL-la münasibətlərinə aydınlıq gətirib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu gün daha iki görüş keçiriləcək. “İnter” doğma meydanda “Qəbələ” ilə münasbətlərinə aydınlıq gətirəcək. İlk oyun gününün son matçında isə “Qarabağ” “Xəzər Lənkəran”la qarşılaşacaq.

Topaz Premyer Liqası
4-cü tur
12 sentyabr (şənbə)

“Kəpəz” – AzAL – 1:0
Qol: D.F.Junior, 28 (1:0).
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Azər Əsgərov, Rza Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Xəlil Xəlilov.
Gəncə şəhər stadionu.

“Kəpəz”: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 10. Dario Federiko Junior, 7. Juninyo, 27. Bəxtiyar Soltanov, 19. Aleksandr Sitnik.
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 15. Azad Kərimov, 9. Murad Ağakişiyev, 20. Məhərrəm Hüseynov, 80. Tural Rzayev, 21. Xəzə Qəribov.
Baş məşqçi: Şahin Diniyev.
AzAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov, 3. Tural Hümbətov, 4. Qvanzan Maqomedov, 8. Seymur Əsədov (k), 14. İlqar Ələkbərov, 7. Tərlan Xəlilov, 10. Nuqzar Kvirtiya, 21. Murad Səttarlı, 19. Məhəmməd Bədəlbəyli, 24. Emin Cəfərquliyev.
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 20. İsmayıl İbrahimli, 22. Kamal Mirzəyev, 17. Elmin Çobanov, 11. Ruslan Nəsirli, 6. Tagim Novruzov, 28. Müşfiq Teymurov.
Məşqçi: Vadar Nuriyev.

20:00. “İnter” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
Bakı. “İnter Arena”.

20:30. “Qarabağ” – “Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Vüsal Qənbərov, İsgəndər Əliyev, Nail Nağıyev.
Bakı. “Dalğa Arena”.

Turun digər oyunları: 13 sentyabr (19:00. “Sumqayıt” – “Zirə”, 21:00. “Rəvan” – “Neftçi”).

Həmin kateqoriyadan