“Kəpəz” və “Qəbələ” evdə, “Qarabağ” səfərdə qalib gəldi

Bu gün Topaz Premyer Liqasında 7-ci tura yekun vurulub. Allsport.az xəbər verir ki, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutan turun son oyun günündə 3 görüş keçirilib.

Öncə “Kəpəz” “Sumqayıt”la qarşılaşıb. Bu görüşdə meydan sahibləri çətinliklə də olsa, qələbə qazanıblar.

Turun mərkəzi oyununda liderlər qrupunda qərarlaşmış iki komanda üz-üzə gəlib. Belə ki, lider və son çempion “Qarabağ” səfərdə əsas izləyicisi “İnter”in qonağı olub. Ağdam klubu rəqibini asanlıqla məğlub edərək, yenidən zirvəni ələ keçirib.

Nəhayət, turun qapanış matçında “Qəbələ” doğma meydanda “Xəzər Lənkəran”ı sınağa çəkib. Meydan sahibləri rəqibini böyük hesabla məğlub edib.

Topaz Premyer Liqası
7-ci tur
4 oktyabr (bazar)

“Kəpəz” – “Sumqayıt” – 3:1 (1:0)
Qollar: J.Osvaldo, 9 (1:0). U.Pamuk, 66 (1:1). J.Osvaldo, 80 (2:1). R.Eyyubov, 90+1 (3:1).
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
Gəncə şəhər stadionu.

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 10. Dario Federiko Junior, 7. Juninyo, 68. Rəşad Eyyubov, 27. Bəxtiyar Soltanov.
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 6. Ceyhun Cavadov, 80. Tural Rzayev, 19. Aleksandr Sitnik, 90. Julien Ebah, 15. Azad Kərimov.
Baş məşqçi: Şahin Diniyev.
“Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 8. Nuran Qurbanov, 13. Murad Ağayev, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 7. Pərdis Fərcad–Azad, 10. Uğur Pamuk, 21. Ramil Orucov, 23. Tural Rzayev, 29. Amil Yunanov, 39. Emin Mehdiyev.
Baş məşqçi: Aqil Məmmədov.

“İnter” – “Qarabağ” – 0:2 (0:1)
Qollar: Dani, 30 (0:1). Reynaldo, 90 (0:2).
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Munis Abdullayev, Xəlil Xəlilov.
Bakı. “İnter Arena”.

“İnter”: 79. Georgi Lomaya (k), 5. Denis Silva, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 9. Limam Seydi, 14. Zurab Xizanişvili, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 30. Abbas Hüseynov, 77. Emilian Vila.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 3. Xuan Fransisko, 10. Elnur Abdullayev, 15. Stepan Polyak, 18. Mənsur Nəhavəndi, 20. Yuri Fomenko, 88. Abdulla Abatsiyev.
Baş məşqçi: Zaur Svanadze.
“Qarabağ”: 13. İbrahim Şehiç (k), 8. Markos Madera Migel, 10. Dani, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 29. Raydell Pupon, 23. Vladimir Dimitrovski, 32. Elvin Yunuszadə, 67. Əlhərbi Əl Jadeyui, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 9. Reynaldo, 19. Azər Salahlı, 20. Riçard Almeyda, 33. Eltun Turabov, 90. Samuel Armenteros.
Baş məşqçi: Qurban Qurbanov.

“Qəbələ” – “Xəzər Lənkəran” – 6:0 (3:0)
Qollar: Dodo, 1 (1:0). F.Pereyra, 10 (2:0). A.Qay, 45 (3:0). A.Antonov, 76 (4:0). F.Pereyra, 79 (5:0). E.Zets, 89 (6:0).
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Yaşar Abbasov, Ziya Nəsirov.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 9. Sergey Zenyov, 10. Dodo (k), 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 32. Fakundo Pereyra, 34. Ürfan Abbasov, 66. Samir Zərgərov, 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 6. Rəşad Sadiqov, 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 25. Qismət Alıyev, 69. Aleksey Antonov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 8. Elşən Rzazadə, 11. Kazım Kazımlı, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 42. Kamran Abdullazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 7. Sadio Tounkara, 16. İbrahim Qədirzadə, 32. Zaman Mirzəzadə, 44. Yusif Həsənov, 9. Orxan Əliyev.
Baş məşqçi: Yunis Hüseynov.

Turun digər oyunları: AzAL – “Rəvan” – 1:0, “Zirə” – “Neftçi” – 2:0.

Bombardirlər:
4 – Aleksey Qay (“Qəbələ”).
3 – Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Dieqo Martins (“İnter”), Riçard Almeyda (“Qarabağ”), Aleksey Antonov (“Qəbələ”).

Həmin kateqoriyadan