“Kəpəz” və “Qəbələ”dən səfər qələbəsi

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 6-cı tura start verilib. Allsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Bu gün keçirilən görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb.

Əvəzedicilərin çempionatı
6-cı tur
24 sentyabr

“Rəvan” – “Qəbələ” – 1:3
Qollar: Cavad Kazımov, 88 – Emin Zamanov, 23-pen. Roman Hüseynov, 35. Bəhlul Mustafazadə, 51.

“İnter” – “Kəpəz” – 0:1
Qol: Sahib Abbasov, 39.

Həmin kateqoriyadan