“Kəpəz” yoldaşlıq görüşündə U-21-ə qalib gəlib

Dünya çempionatının seçmə mərhələsinin oyunları səbəbindən Premyer liqada yaranmış fasilə müddətində “Kəpəz” yoxlama oyunu keçirib. Allsport.az saytı xəbər verir ki, bu gün Gəncə klubu “Dalğa arena”da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə qarşılaşıb.

Oyun “sarı-göylər”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Kəpəz”dən ilk hissədə Orxan Əliyev və Şəhriyar Rəhimov fərqlənib. Fasilədən sonra isə Tural Nərimanov görüşdə son nöqtəni qoyub. Sabah istirahət edəcək komanda üzvləri noyabrın 14-dən məşqləri bərpa edəcək.

Həmin kateqoriyadan