“Kəpəz” “Zirə” ilə oyunda qələbəni əldən verdi

Topaz Premyer Liqasında 2-ci tur həyacanı davam edir. Allsport.az xəbər verir ki, ikinci oyun gününün bir görüşü artıq başa çatıb.

Belə ki, Gəncədə “Kəpəz” debütant “Zirə”ni qəbul edib. Matçda hesabı meydan sahibləri açıblar. Amma əlavə vaxtda bərabərlik qolunu vuran debütant çətin səfərdən 1 xalla qayıtmağa nail olub.

Qeyd edək ki, bu gün baş tutacaq digər oyunda “Sumqayıt” “Xəzər Lənkəran”ı qəbul edəcək.

Topaz Premyer Liqası
2-ci tur
16 avqust

“Kəpəz” – “Zirə” – 1:1
Qollar: Şəhriyar Rəhimov, 73 – İqor İvanoviç, 90+2.
Sarı vərəqələr: Murad Ağakişiyev, 82 (qeyri-idman hərəkəti) – Eltun Hüseynov, 25 (qeyri-idman hərəkəti); Nicat Qurbanov, 82 (hakim qərarına etiraz); Kamal Bayramov, 82 (hakim qərarına etiraz); Aleksandr Şemonayev, 90+1 (qeyri-idman hərəkəti)
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Coşqun Həsənov
Dördüncü hakim: Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Füzuli Nəcəfov
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 4 dəq.
16 avqust 2015. Saat 18:30. Gəncə şəhər stadionu, 12500 tamaşaçı

“Kəpəz”: 88. Tadas Simaitis, 13. Şəhriyar Rəhimov, 3. Tərlan Quliyev, 15. Azad Kərimov (23. Tural Nərimanov, 76), 18. Tural Axundov (k), 8. Budaq Nəsirov, 5. Kərim Diniyev, 80. Tural Rzayev, 27. Bəxtiyar Soltanov (9. Murad Ağakişiyev, 80), 10. Junior da Silva, 19. Aleksandr Sıtnik (6. Ceyhun Cavadov, 88).
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 20. Məhərrəm Hüseynov, 94. Sahib Abbasov, 21. Xəzər Qəribov.
Baş məşqçi: Şahin Diniyev.
“Zirə”: 1. Anar Nəzirov, 37. Yovan Krneta, 39. Sadiq Quliyev, 13. Aleksandr Şemonayev, 23. Eltun Hüseynov, 6. Hacı Əhmədov (32. Luis Alberto Dies, 53), 11. Viktor İqbekoyi (8. Tərzin Cahangirov, 76), 10. İqor İvanoviç, 27. Rəşad Abdullayev (k), 17. Nicat Qurbanov, 7. Rihayro (99. Nurlan Novruzov, 46).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 2. Mbah Çimezi, 5. Adil Nağıyev, 70. Mirkamil Həşimli.
Baş məşqçi: Adil Şükürov.

Həmin kateqoriyadan