- Baxış sayı: 37
- 15 İyul 2026 23:54
- Baxış sayı: 174
- İyul 15, 2026
- 0

DÇ-2026-da vurulan ən baxımlı qollarla bağlı müzakirələr davam edir. Allsport.az xəbər verir ki, namizədlər arasında Kabo Verde millisinin futbolçusu Sidney Kabralın qolu da xüsusi diqqət çəkir.
O, mundialın 1/16 finalında Argentina ilə qarşılaşmanın 103-cü dəqiqəsində Emiliano Martinesin qapısına möhtəşəm zərbə ilə fərqlənərək azarkeşlərin rəğbətini qazanıb.
Sosial şəbəkələrdə isə matç zamanı tribunada Kabo Verde millisinin formasında əyləşən və Kabralın qoluna emosional reaksiya verən sevgilisi Ceyli də diqqət mərkəzinə düşüb. Görüntülər qısa zamanda geniş yayılıb və futbolsevərlərin marağına səbəb olub.



