- Baxış sayı: 17
- 11 Avqust 2026 17:19
- Baxış sayı: 135
- Avqust 10, 2026
- 0

Estoniyada kapoeyra üzrə beynəlxalq yarış və hakimlik məşğələsi Azərbaycan üçün uğurlu olub. Allsport.az saytı xəbər verir ki, Bakı şəhər gənclər və idman baş idarəsinin dəstəyi ilə ezam olunan komandamız 5 medal qazanıb.
Kapoeyra federasiyasının vitse-prezidenti Nahid Ağazadə və baş məşqçi Elgiz Əlizadənin rəhbərliyi ilə Nahid Ağazadə, Xuraman Ramazanova, Fəxri Məhəmmədlizadə 1-ci, Fərid Allahverdiyev 2-ci və Vüsal Babayev 3-cü yer tutublar.
Kiçik yaş qrupunda idmançımız Fəxri Məhəmmədəlizadə finala gedən yolda erməni əsilli rus idmançısını məğlub etmişdir. Bundan əlavə, 4 məşqçimiz – Nahid Ağazadə, Elgiz Əlizadə, Oxçu Şahmuradov, Zahid Rüstemov beynəlxalq dərəcəli hakim adını alıblar.