Karate-1 premyer liqasında 3 qızıl və 3 bürünc medal

Heydər Əliyev adına idman kompleksində karate-1 premyer liqası sona yetib. Allsport.az saytı xəbər verir ki, ölkəmizdə ilk dəfə təşkil olunan və 3 gün davam edən turniridə olimpiya, dünya və qitə çempionları və mükafatçıları yer alıblar. Yarışda 58 ölkədən 348 karateçi çıxış edib.

Kumite hər birində 5 olmaqla, 10 çəkidə, eləcə də kişi və qadın kataçılar arasında keçirilib. 12 kateqoriyanın hər birində 32 idmançı mübarizə aparıb. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilər olub.

Mötəbər yarışda kimono ustalarımız 3 qızıl və 3 bürünc medala sahib olublar. Əminağa Quliyev (60 kq), İrina Zaretska (68 kq) və Asiman Qurbanlı (+84 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq) və Murad Hacızadə (+84 kq) 3-cü yer tutublar.

Həmin kateqoriyadan