Karate hakimləri və məşqçiləri üçün seminar

Milli karate federasiyasının təlim-məşq bazasında hakimlər və məşqçilər üçün seminar və nəzəri imtahan keçirilib. Allsport.az saytı xəbər verir ki, AMKF prezidenti Yaşar Bəşirov toplantı iştirakçılarına uğurlar arzulayaraq, yarışlarda və yığmanın heyətinə üzv seçilməsində onların işinin əhəmiyyətindən, həmçinin onların bilik səviyyələrinin artırılmasından, nəzərdə tutulan gələcək planlardan danışıb.

Hakimlər komitəsinin sədri Cahangir Babayevin rəhbərliyi və digər beynəlxalq hakimlər Şahin Xudaverdiyev və Anar Allahverdiyevin assistentliyi ilə seminarda WKF-in qaydalarında dəyişiklik və yeniliklər milli dərəcəli hakimlərin diqqətinə çatdırılıb. Seminarın ardından dərəcə imtahanları keçirilib. Respublikanın müxtəlif bölgələrindən olan hakimlər və məşqçilər müvafiq səviyyələrinə uyğun qiymətlər alıblar.

Həmin kateqoriyadan