Karate məşqçiləri ilə görüş

Milli karate federasiyasında Sumqayıt nümayəndəliyinin bir neçə üzvü ilə görüş keçirilib. Allsport.az xəbər verir ki, federasiyanın prezidenti Yaşar Bəşirov pandemiya şəraitində fəaliyyətdən danışıb.

O, COVID-19 virusunun yayılmasının hər sahədə olduğu kimi, karatenin inkişafına da mənfi təsirlərini qeyd edib.

AMKF-nin Sumqayıt şəhəri üzrə nümayəndəsi Akif Kərimov regionda fəaliyyət göstərən klublar və nəzərdə tutulan işlər barədə məlumat verib.

Görüşdə bu və digər problemlərin həlli yolları və gələcək planlar müzakirə edilib. Müxtəlif klubların rəhbərləri və təşkilatların nümayəndələri, o cümlədən Əməkdar məşqçilər Rafael Məmmədov, Rövşən Allahverdiyev və digərləri karatenin inkişafına dəstək üçün faydalı təkliflərdən danışıblar.

Həmin kateqoriyadan