Karate millimiz İstanbula yollanır

17-19 mayda İstanbulda karate1 “A” seriyası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 101 ölkədən 1813 idmançı mübarizə aparacaq. Nəticələr dünya və olimpiya əmsalına təsir göstərəcək.  

Kumitedə Hümmət Baxşəliyev (67 kq), Rafael Ağayev və Vüsal Kamallı (hər iksi – 75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (84 kq), həmçinin Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (+84 kq) yer alıblar.

Qadınlarda Nuranə Əliyeva, Fidan Teymurova (50 kq), İlahə Qasımova, Aytac Əliyeva (55 kq), İrina Zaretska, Zamira Rizayeva (68 kq) və Fəridə Əliyevanın (+68 kq) çıxış edəcəklər. 

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Roman Heydərov və Neda Rezainin yarışa qatılmasını məqbul sayıb. Komanda kata turnirində isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev mübarizə aparacaqlar. 

Həmin kateqoriyadan