RƏSMİ
Karate millimizdə yeni baş məşqçi. Rafael Ağayev köməkçi təyin edildi

Qurban Tağıyev karate üzrə kişilərdən ibarət millimizin baş məşqçisi təyin edilib. Allsport.az xəbər verir ki, o, bir müddət əvvəl müqaviləsinin müddəti başa çatan Bahəddin Kandazı müvəqqəti əvəzləyib.

Milli komandanın lideri Rafael Ağayev də məşqçilər heyətinə cəlb olunub. 

Tağıyev həm də federasiyanın məşqçilər komitəsinin sədri olub. Bir neçə ildir milli komandanın böyük məşqçisi olan Qurban Tağıyev 5-ci dan qara kəmər sahibidir. O, idmançı karyerasında dünya ikincisi, komanda çıxışlarında Avropa üçüncüsü, dünya kubokunda isə dəfələrlə qalib və mükafatçısı olub. 

Həmin kateqoriyadan