Karate millimizin yeni baş məşqçisi türkliyəli oldu

Kişi karateçilərdən ibarət milliyə yeni baş məşqçi təyin olunub. Allsport.az saytı xəbər verir ki, komandamızı bundan sonra türkiyəli Bahəddin Xandaz çalışdıracaq. Onu heyətə təqdim edən AMKF-in prezidenti Yaşar Bəşirov, qarşıya qoyulan məqsədələrə nail olmaq üçün ona uğurlar arzulayıb. Azərbaycan karateçiləri kimi dünyada tanınan milli komanda ilə çalışmağa dəvət olunuğundan şərəf duyduğunu ifadə edən mütəxəssis, Azərbaycan karatesinin dünyadakı imicini qorumağa və ona həvalə olunan bu məsuliyyətdi işdə böyük həvəslə çalışacağını, eləcə də hədəflərə çatmaq üçün qazandığı təcrübəni əsirgəməyəcəyini bildirib. O, qarşıdakı fəaliyyət planı barədə qısa məlumat verib və nəzərdə tutulan işlərin müsbət nəticələrə səbəb olacağına inandığını söyləyib.

25 iyun 1968-ci ildə Türkiyənin Girəsun şəhərində doğulan Bahəddin Xandaz, İstanbulda bədən tərbiyəsi və idman akademiyasını bitirib. 1982-ci ildən karate ilə məşqul olan mütəxəssis, 20 illik idmançı karyerasında dünya və avropa çempionatlarının dəfələrlə mükafatçısı, həmçinin klublar arası dünya və avropa çempionu olub. 50 yaşlı mütəxəssis, 2006-cı ildən məşqçi kimi fəaliyyətə başlayıb və 2014-cü ildə İsveçrənin Bazel şəhərinə klub məşqçisi kimi işləməyə dəvət olunub. Bir neçə yetirməsi dünya və avropa çempionatlarının qalib və mükafatçısı olub.

O, 3 ay əvvəl Böyük Britaniyaya məşqçi kimi dəvət alsa da, bu yaxınlarda Azərbaycan millisini çalışdırmaq təklifinə üstünlük verib. Böyük Britaniyada isə məsləhətçi kimi işləmək razılığına gəlib. Bahəddin Xandazın Azərbaycan yığması ilə ilk rəsmi yarışı yanvarın 2-ci yarısında Fransada ilin ən nüfuzlu premyer liqası olacaq.

Həmin kateqoriyadan