- Baxış sayı: 156
- 10 Aprel 2026 19:50
- Baxış sayı: 239
- May 08, 2026
- 0

2-3 fevralda AMKF-in təlim-məşq bazasında şotokan karate üzrə növbəti seminar, kyu və dan imtahanı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, tədbirə AMKF-in prezidenti Yaşar Bəşirov, kata üzrə yığmanın baş məşqçisi Vahid Ayvazov rəhbərlik edəcəklər.
Məşğələnin 1-ci günündə kihon, kata və kumite texnikası üzrə çalışmalar yerinə yetiriləcək. Ertəsi gün isə imtahan keçiriləcək. Qeydiyyat yanvarın 25-də başlayacaq.
Cari ildə nəzərdə tutulmuş digər seminar və imtahanlar mayın 11-12-də, oktyabrın 12-13-də və dekabrın 21-22-də təşkil ediləcək.