Karate üzrə ölkə çempionatında ilk qaliblər

Yeniyetmə və gənclər arasında karate-do üzrə 20-ci, böyüklər arasında isə 27-ci Azərbaycan çempionatı keçirilir. Allsport.az xəbər verir ki, Bakı idman sarayında keçirilən yarışda böyüklər və gənclər arasında yarışların qalibləri müəyyənləşib.

Qadınlar arasında kata üzrə Neda Rezai, kumitedə Kəmalə Hüseynova (68 kq-dan yuxarı), Zamirə Rzayeva (68 kq), Bəsti İsmayılova (61 kq), İnci Əzizova (55 kq), Mədinə Quliyeva (50 kq) birinci yerə layiq görülüblər.

Kişi karateçilərin mübarizəsində isə kata yarışında Ceyhun İsmayılov, kumite üzrə Elvin Ağayev (84 kq-dan yuxarı), Novruz Əliyev (84 kq), Samir Məmmədov (75 kq), Məhəmməd İsmayılov (67 kq) və Ülvi Qurbanov (60 kq) qızıl medal qazanıblar.

U-21-lərin yarışında Nərgiz Məmmədova kata, Kəmalə Hüseynova (68 kq-dan yuxarı), Zamira Rzayeva (68 kq), Bəsti İsmayılova (61 kq), İnci Əzizova (55 kq), Fidan Teymurova (50 kq) kumite yarışlarında qalib olublar.

Oğlanların yarışında isə Ceyhun İsmayılov kata, Murad Hacızadə (84 kq-dan yuxarı), Musa Sarızadə (84 kq), Fərid Şahbazlı (75 kq), Asim Məmmədov (67 kq) və Fərid Əbdülkərimov (60 kq) kumite üzrə birinci yerə layiq görülüblər.

Həmin kateqoriyadan