Karateçilərimizə maarifləndirici və təhlili məşğələ

Milli üzvləri üçün yeni mövsüm qabağı yarış qaydalarında yeniliklər və görüşlər zamanı buraxılan səhvlərin aradan qaldırılması istiqamətində maarifləndirici və təhlili məşğələ keçirilib. Allsport.az saytı xəbər verir ki, karateçilərin ötən il iştirak etdiyi sınaqlardan hazırlanmış materialları hakimlər komitəsinin sədri Cahangir Babayev və media və ictimiyyətlə işlər katibi Sənan Məhərrəmov təqdim ediblər.

Kumite üzrə baş məşqçi Bahəddin Qandaz, böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və Denis Morozov komanda üzvləri ilə birgə analitik müzakirə aparıblar. Toplantı boyu idmançıları maraqlandıran mübahisəli döyüş epizodları və digər məqamlara aydınlıq gətirilib.   

Artıq ənənə halı alan belə maarifləndirici və təhlili analitik yığıncağların idmançıların nəticələrinə müsbət təsir etdiyi diqqətə çatdırılıb. Olimpiadaya hazırlığın bir hissəsi kimi, bundan sonra hər yarışın ardından bu mövzularda seminarın keçirlməsi qərara alınıb.  

Həmin kateqoriyadan