Karateçilərimiz 21 medalla 2-ci oldu

İstanbulda “Bosfor kubokunda karateçilərimiz 21 medal qazanıb. Allsport.az xəbər verir ki, mükafatlardan 5-i qızıl, bir o qədəri gümüş, 11-i isə bürüncdür.

Milli komandanın məşqçiləri Şahin Xudaverdiyev (kumite) və Anar Əhmədovun (kata) rəhbərliyi ilə tatamiyə çıxan idmançılarımızdan qızıl medalları Rafael Məmmədov (52-60 yaşlı veteranlar, kata), Samir Məmmədov (75 kq), Mədinə Sadıqova (21 yaşadək gənclər, 60 kq), Eldar ƏhmədovSahib Əhədov (para-karate), gümüş mükafatları isə Qəşəm İskəndərov (75 kq), Novruz Əliyev (84 kq), Elvin Ağayev (+84 kq), Fərid Savadov (16-17 yaşlı gənclər, 55 kq), Soltan Allahquliyev (13 yaşlı uşaqlar, 45 kq) və Ülvi Zeynalov (para-karate) qazanıb.    

Ümumi hesabda milli komandanın və müxtəlif klubların üzvlərindən ibarət karateçilərimiz türkiyəli idmançılardan sonra ikinci nəticə göstərib. Beynəlxalq turnirdə 25 ölkədən 1316 idmançı iştirak edib.

Həmin kateqoriyadan