- Baxış sayı: 182
- 16 Sentyabr 2026 18:39
- Baxış sayı: 50
- Sentyabr 26, 2026
- 0

Azərbaycanın yeniyetmə və gənclərdən ibarət karateçiləri Polşanın Bielsko-Biala şəhərində 52-ci Avropa çempionatında iştirak edəcək.
Allsport.az xəbər verir ki, yığmamız Avropa çempionatında 28 nəfərdən ibarət heyətlə baş məşqçi Anar Allahverdiyevin, məşqçilər Şahin Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında kumite və kata növlərində mübarizə aparacaq.
Bundan başqa, beynəlxalq dərəcəli hakimlərimiz Cahangir Babayev və Rənad Əliyev yarışda hakim qismində çıxış edəcəklər.
Yarış fevralın 7-dən 9-dək davam edəcək.