Karateçilərimiz Avropa çempionatına Şəkidə hazırlaşır

10-13 mayda Serbiyanın Novı Sad şəhərində larateçilərin Avropa çempionatı keçiriləcək. Allsport.z saytı xəbər verir ki, millimiz bu yarışın hazırlığına Şəkidə başlayıb. Olimpiya kompleksində təlim-məşq 1 həftə davam edəcək. Baş məşqçi Şahin Xudaverdiyevin (kumite) və Vahid Ayvazovun (kata) rəhbərlirləri ilə toplanışında qadınların böyük məşqçisi Anar Allahverdiyev, çalışdırıcılar Seymur Hüseynov, Qurban Tağıyev, Rəşad Hüseynov, Denis Morozov və fiziki hazırlıq üzrə mütəxəssis Oqtay Məmmədovla birgə gün ərzində 3dəfə keçirilir.

Baş hakim Cahangir Babayevin yarış qaydalarında dəyişikliklər və turnirlərdə qayda pozuntularına dair seminarı, həmçinin idmançıların çıxışlarından hazırlanmış gündəlik xüsusi analitik məşqələləri nəzərdə tutulub. Kimono ustaları qitə çempionatına son hazırlıqlarını mayın ilk günündən paytaxtadakı təlim-məşq bazasında keçəcək.

Milli komanda Serbiyada Avropa çempionatına mayın 8-də yollanacaq. Karateçilərimiz qarşıdakı nüfuzlu turnirin kumite və kata üzrə həm fərdi, həm də komanda yarışlarında çıxış edəcək.

Həmin kateqoriyadan