Karateçilərimiz Avstriya “A Seriya”sında

2-4 martda millinin əsas və əvəzedici heyətinin bir neçə üzvü Avstriyada “A Seriya”sında iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, WKF-nin karate1 yarışlarından olan Zalsburq mərhələsində 8 idmançımız mübarizə aparacaq.

Kişilərdən Rafiz Həsənov, Tural Ağalarzadə (ikisi – 67 kq), Samir Məmmədov (75 kq), Ayxan Mamayev, Pənah Allahverdiyev (84 kq), Asiman Qurbanlı (+84 kq), qadınlarda Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55 kq), tatamiyə çıxacaqlar.

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov nüfuzlu turniri idarə edənlər arasında olacaq.

Həmin kateqoriyadan