Karateçilərimiz “Baku open”ə uğurla başlayıb: 3 qızıl, 2 bürünc medal

Bakı İdman Sarayında keçirilən karateçilərin “Baku open” turniri başlayıb. Allsport.az saytı xəbər verir ki, aşılışda AKF-in prezidenti Yaşar Bəşirov artıq 20 ildir bu təşkilatın Dünya Karate Federasiyasına üzv olduğunu xatırladıb, bu illər ərzində qazanılan uğurlardan danışıb. O, qarşıdan gələn “Dubay open”, 4-cü İslam həmrəyliyi oyunları və nəhayət, Tokio-2020-də millimizin Azərbaycanı layiqincə təmsil edəcəyinə əminliyini bildirib.

İlk mübarizə günündə Asiman Qurbanlı (84 kq), Pənah Abdullayev (84 kq-dək), Fəridə Əliyeva (68 kq) qızıl, Şahin Atamov (84 kq) və Zaur Məmmədli (+84 kq) gümüş medala sahibləniblər.

Azərbaycanın bir çox regionlarından, eləcə də Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Ukrayna, Qazaxıstan, Slovakiya, Gürcüstandan ümumilikdə 360 idmançının iştirak etdiyi beynəlxalq yarışa bu gün yekun vurulacaq.

Həmin kateqoriyadan