Karateçilərimiz Bosfor kubokundan 14 medalla dönüb

Azərbaycan karateçiləri İstanbulda 32-ci Bosfor kubokunda 14 medal qazanıblar. Allsport.az saytı xəbər verir ki, mükafatların 4-ü qızıl, 5-i gümüş, 5-i isə bürüncdür. Ənənəvi yarışda 31 ölkədən 1299 müxtəlif yaşlı karateçi iştirak edib. Nəticələr aşağadakı kimidir. 

Qızıl medal
Vüsal Qəmbərov (fərdi kumite, 10 yaşlı uşaqlar – 30 kq)
Məhəmməd Xamoyev (fərdi kumite, 13 yaşlı uşaqlar – 45 kq)
Ramil Baxşəliyev (fərdi kumite, 14-15 yaşlı yeniyetmələr – 52 kq)
Hüseyn Məmmədli (fərdi kumite, 16-17 yaşlı yeniyetmələr -61 kq) 

Gümüş medal
Rüstəm Rzayev (fərdi kumite, 10 yaşlı uşaqlar – +45 kq)
Kamil Kərimli (fərdi kumite, 11 yaşlı uşaqlar – 45 kq) 
Ayxan Allahverdiyev (fərdi kumite, 12 yaşlı uşaqlar – 52 kq)
Rəsul Abbasov (fərdi kumite, 13 yaşlı uşaqlar – 45 kq)
Osman Osmanlı (fərdi kumite, 16-17 yaşlı yeniyetmələr – +76 kq) 

Bürünc medal
Əli Ağayev (fərdi kumite, 10 yaşlı uşaqlar – 40 kq)
Aysu Əliyeva (fərdi kumite, 13 yaşlı uşaqlar – 44 kq)
Fərid Savadov (fərdi kumite, 14-15 yaşlı yeniyetmələr – 52 kq)
Ruslan Qafarlı (fərdi kumite, 14-15 yaşlı yeniyetmələr – 57 kq)
Fərid Ağayev (fərdi kumite, 16-17 yaşlı yeniyetmələr – 76 kq) 

Həmin kateqoriyadan