Karateçilərimiz gənclər liqasından 2 qızıl və 1 gümüş medalla dönür

Yeniyetmə və gənclərdən ibarət milli komandamız İtaliyanın Venesiya şəhərində mövsümün son liqadan 3 medalla dönür. Allsport.az saytı xəbər verir ki, 14-15 yaşlı yeniyetmələrdə Hüseyn Məmmədli (57 kq,və Tale Yaqubov (63 kq) qızıl medal, 16-17 yaşlı gənclərdə Əminağa Quliyev (61 kq) gümüş mükafat qazanıb. 

Adı son çəkilən yaş qrupunda yığmanın liderlərindən olan Polina Qurenko (53 kq) yarışqabağı məşqlərdə zədə aldığından döyüşlərə qatıla bilməyib. Dünya Karate Federasiyasının bu ildən təşkil etdiyi gənclər liqasının yekununda 67 ölkədən 2652 nəfər mübarizə aparıb. 

Bu sınaq baş məşqçi Anar Allahverdiyevin komandasının fevralda Danimarkada qitə çempionatına hazırlıq sayılıb.

Həmin kateqoriyadan