Karateçilərimiz I MDB oyunlarına yola düşdülər

21 yaşadək gənclərdən ibarət milli komandanın üzvləri Qazan şəhərində keçirilən I MDB oyunlarına yola düşüblər.

Allsport.az xəbər verir ki, yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyevin rəhbərlik etdiyi kumiteçilərin heyətindən Əminağa Quliyev və Sultan Hüseynov -60 kq çəki dərəcəsində, Hüseyn Məmmədli və Nuran Rzazadə -67 kq, Tale Yaqubov və Fərid Ağayev -75kq, Abbas Dadaşov və Hüseyn Hüseynzadə -84 kq, Musa Sarızadə və Osman Osmanlı +84 kq, İnci Əzizova -50 kq, Mədinə Sadıqova -55 kq, Renata Ərəbli və Səma İmanzadə -61 kq, Zəhra Əliverdiyeva və Alika Semixova -68 kq çəkidə mübarizə aparacaq.   

Kata üzrə baş məşqçi Vahid Ayvazovun müşayiət etdiyi Ceyhun İsmayılov, Həsənəli Həsənov, Samirə Babayeva və Emiliya Mitlinova fərdi yarışlarda çıxış edəcəklər. Böyük məşqçilərdən Seymur Xudaverdiyev, beynəlxalq hakimlərdən isə Şahin Xudaverdiyev və Mais Mədətov I MDB Oyunlarına yollanıb.

20 idmançıdan ibarət karateçilər heyəti oyunların son günləri – 10 və 11 sentyabr tarixlərində yarışa qatılacaqlar. 

Həmin kateqoriyadan