Karateçilərimiz ili 76 qızıl medalla başa vurdu

Milli karate federasiyası 2019-cu ilin göstəricilərini açıqlayıb. Allsport.az xəbər verir ki, müxtəlif yaş qruplarında karateçilərimiz beynəlxalq yarışlarda – 62 qızıl, 46 gümüş, 76 bürünc medal qazanıblar.

Yeniyetmə və gənclərin Avropa çempionatında 4 qızıl və 1 bürünc, böyüklərin Avropa çempionatında 1 qızıl, yeniyetmə və gənclər arasında dünya birinciliyində 2 gümüş və 5 bürünc, Avropa oyunlarında isə 1 qızıl, 3 gümüş və 1 bürünc medal əldə edilib.

WKF-nin rəsmi turnirlərində – 2 qızıl və 1 bürünc medal dünya kubokunda, 3 qızıl, 4 gümüş və 7 bürünc medal Karate1 premyer liqa turnirlərində, 1 qızıl, 1 gümüş və 1 bürünc medal karate1 seriya A turnirlərində, 2 qızıl, 3 gümüş və 5 bürünc medal isə gənclərin liqa turnirlərində qazanılıb.

Həmin kateqoriyadan