Karateçilərimiz İstanbul karate-1 premyer liqasında

Millimiz iyunun 8-10-da İstanbulda karate-1 premyer liqasında iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, AMKF-in prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 19 nəfər yer alıblar. Baş məşqçi Şahin Xudaverdiyev kişilərdə Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə və Rafiz Həsənov (67 kq), Ayxan Mamayev, Turqut Həsənov və Pənah Abdullayev (84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərova (84 kq-dan çox) etimad göstərib.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Anar Allahverdiyev isə Nuranə Əliyeva, Fidan Teymurovanı (hər ikisi – 50 kq), İlahə Qasımovanı (55 kq), Fəridə Abiyevanı (61 kq), İrina Zaretskanı (68 kq) və Fəridə Əliyevanı (+68 kq) heyətə daxil edib.

Baş məşqçi Vahid Ayvazovun çalışdırdığı kataçılardan isə fərdi yarışlarda Roman Heydərov, komanda hesabında isə Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyət mübarizə aparacaqlar.

Beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov turnirin idarəolunmasında iştirak edəcəklər. Mövsümün yeddi Karate-1 Premyer Liqa turnirindən beşincisi olan bu nüfuzlu yarışda 63 ölkədən 607 idmançı iştirak edəcək.

Premyer liqada medallardan başqa hər qələbə idmançılara dünya reytinq xalları qazandırır. İyunun 6-da Türkiyəyə yola düşəcək milli komandamız iyunun 11-də Vətənə qayıdacaq.

Həmin kateqoriyadan