Karateçilərimiz Kiprə yollanıb

Karateçillərimiz Kiprin Limassol şəhərində uşaq, yeniyetmə və gənclər arasında mövsümün ilk Karate1 gənclər liqasında iştirak edəcək. Allsport.az yarışa qatılan 37 ölkədən 760 idmançı arasında 32 karateçimiz də var.

Onları yeniyetmə və gənclər milli komandasının baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev, həmçinin kata üzrə milli komandanın böyüş məşqçisi Anar Əhmədov müşayiət edir. Beynəlxalq referi Mais Mədətov isə yarışın hakimləri arasında olacaq.  

Dünya karate federasiyasının (WKF) rəsmi turnirlərindən olan Limassolda Karate1 gənclər liqası yarışı 4-6 İyun tarixlərində keçiriləcək. 

Həmin kateqoriyadan