Karateçilərimiz Limasollda medallar qazandı

Kiprin Limassol şəhərində keçirilən uşaq, yeniyetmə və gənclər arasında mövsümün ilk Karate 1 Gənclər Liqası turniri davam edir. Allsport.az xəbər verir ki, 14 və 15 yaşlı idmançılar arasında görüşlərdə karateçilərimizdən Salman Salmanov və Ramilə Heydərova (hər ikisi kata) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.

Mehralı Məmmədov (+70 kiloqram) gümüş, Amin Yadigarlı (52 kiloqram) və Aysu Əliyeva (47 kiloqram) isə bürünc mükafata sahib olublar.

Aşağı yaşlı karateçilərimizi yeniyetmə və gənclərdən ibarət milli komandanın baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev, həmçinin kata üzrə milli komandanın böyük məşqçisi Anar Əhmədov müşayiət edir. Beynəlxalq referi Mais Mədətov isə yarışın hakimləri arasındadır.

Həmin kateqoriyadan