Karateçilərimiz lisenziya turnirində

Karateçilərimiz Tokio yay olimpiya oyunlarına növbəti vəsiqələr qazanmaq üçün Parisdə olimpiya lisenziyalı turnirdə iştirak edəcəklər. Allsport.az xənər verir ki, bu məqsədlə milli komanda artıq Parisdədir.

Milli karate federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 6 idmançıdan başqa vitse-prezident Rəhman Hətəmov, kumite üzrə kişilərin baş məşqçisi Qurban Tağıyev, böyük məşqçi Şahin Xudaverdiyev, qadınların baş məşqçisi Denis Morozov, kata üzrə baş məşqçi Vahid Ayvazov, həmçinin beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov yer alıb.

Olimpiya vəsiqələri uğrunda Firdovsi Fərzəliyev (-67 kq), Asiman Qurbanlı (+75 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), eləcə də Roman Heydərov və Neda Rezai (hər ikisi kata) mübarizə aparacaq.

Tokio olimpiadasını idarə etməyə seçilən 15 hakimdən biri, Avropa hakimlər komitəsinin (EKF) üzvü Cahangir Babayev dünya karate federasiyası (WKF) tərəfindən xüsusi dəvətlə yarışda hakimlik edəcək.

11-13 İyunda Parisdə lisenziya turnirində 98 ölkədən 500 karateçi olimpiya vəsiqələri uğrunda mübarizə aparacaq. “Pyer de Kubertyen” arenasında dairəvi sistemlə yarışın hər çəki dərəcəsində ilk üçlük olimpiya lisenziyaları qazanacaq.

Azərbaycan hələ ki Tokio olimpiadasının karate yarışlarına 2 vəsiqə alıb. Tokio 2020-nin təsnifat mərhələsini uğurla dəf edən ilk 40 idmançının adları arasında İrina Zaretska (+61 kq) və Rafael Ağayevin (-75 kq) 3 rəqibi də artıq məlumdur.

Həmin kateqoriyadan